“Ninotsminda” gömrük keçid məntəqəsi bu tarixlərdə bağlı olacaq
Sentyabrın 9-da saat 11:00-dan 23:00-dək “Ninotsminda” gömrük keçid məntəqəsində yeni idarəetmə informasiya sistemlərinin tətbiqi/sınağı ilə bağlı texniki işlərin davam etdirilməsi ilə əlaqədar gömrük nəzarəti prosedurları dayandırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, konkret texniki işlər başa çatdıqdan sonra “Ninotsminda” gömrük-keçid məntəqəsi sınaq rejimində tam gücü ilə fəaliyyətini davam etdirəcək.
“İşlər başa çatdıqdan sonra sərnişin və yüklərin ötürülməsi 24/7 həyata keçiriləcək. Gürcüstan və Ermənistan respublikalarının gömrük idarələri arasında sıx əlaqə mövcuddur ki, sözügedən gömrük keçid məntəqəsi açıldıqdan sonra artan yük axını rahat şəkildə sərhəddən keçə bilsin”, - məlumatda deyilir.


