07 
Sen
2022
15:53
317

İrakli Kobaxidze: "Hakimiyyət təhlükəsizlik baxımından risklərin neytrallaşdırılmasına maksimum qayğı göstərir və biz bunun üçün əlimizdən gələni edirik"

"Gürcüstan hakimiyyəti təhlükəsizlik nöqteyi-nəzərindən risklərin neytrallaşdırılmasına maksimum diqqət yetirir və biz bunun üçün əlimizdən gələni edirik. On ildir ki, bizdə müharibə olmayıb və biz 90-cı illərdən sonra müharibənin olmadığı və Rusiyanın ərazi baxımından irəliləmədiyi ilk hakimiyyətik".

InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kobaxidze açıqlama verib.

Onun sözlərinə görə, hakim komanda bunu necə edəcəyini çox yaxşı  bilir.

“Təəssüf ki, yeganə problem sərhəddir, bu da əvvəlki hakimiyyətdən mirasdır, amma müharibə olmayıb, Rusiya ərazi baxımından irəliləməyib və bu, bizim xidmətimizin nəticəsidir. Söhbət Rusiyanın maraqlarından gedirsə, hər şey nəticə ilə ölçülür. Əvvəlki hakimiyyətin nəticəsi necə oldu?  – Ölkə ərazilərinin 20 faizi, o cümlədən strateji obyektlər təhvil verildi.  Bizim hakimiyyətin dövründə nə birincisi oldu, nə də ikincisi. Bicvinta da onun bir hissəsidir - Bicvinta və sərhəd, hər şey onların mirasıdır, bizə buraxdıqları bunlardır. Biz ölkəni risklərdən necə qorumağı çox yaxşı bilirik və nəyisə ucadan demək lazım olan yerdə ucadan deyəcəyik, harada ucadan söyləmək lazım deyilsə və fərqli işləmək lazımdırsa, bunu da edirik. Məhz bunun sayəsində on ildir ki, bizim müharibəmiz olmayıb və Rusiya heç bir ərazi irəliləyişinə nail olmayıb”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın