07 
Sen
2022
12:33
390

Kaxa Kaladze: "Gürcüstanda seçkilər konstitusiya və qanunda nəzərdə tutulduğu vaxtda keçiriləcək"

“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstanda seçkilər konstitusiya və qanunda nəzərdə tutulduğu vaxt - 2024-cü ildə keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Kaxa Kaladze “Milli Hərəkat”ın sədrinin növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı bəyanatını cavablandırarkən deyib.

"Bu gün ölkəyə sülh lazımdır, ölkənin iqtisadi inkişafı davam edir, bunun dəstəklənməsinə ehtiyac var və biz bu sülhü qorumaq və iqtisadi inkişafı təşviq etmək üçün hər şeyi etməliyik", - Kaxa Kaladze bildirib.

Xatırladaq ki, “Milli Hərəkat”ın sədri Nika Melia bildirib ki, ağır siyasi böhranı aradan qaldırmaq üçün Gürcüstanda növbədənkənar seçkilər təyin olunmalıdır. Onun sözlərinə görə, “Milli Hərəkat”ın bütün addımları, hərəkətləri və fəaliyyəti bu məqsədə çatmağa yönələcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər