07 
Sen
2022
12:08
4913

Sürücülərin nəzərinə! Bunları etsəniz cərimələnəcəksiniz

Parlament üçüncü oxunuşda “Yol hərəkəti haqqında” qanuna daxil olan dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri müzakirə edib və 81 səslə təsdiqləyib.

InterPress.ge xəbər verir ki, layihəyə əsasən, avtobus və ya taksi (M1 kateqoriyası) istisna olmaqla, hər hansı digər növ nəqliyyat vasitəsinin xüsusi zolaqda (BUS LANE) hərəkəti, dayanması və ya durması 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Velosiped yolunda və ya velosipedin hərəkət zolağında velosipeddən başqa nəqliyyat vasitəsinin hərəkəti, dayanması və ya durması 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Bundan başqa, taksi dayanacağı üçün nəzərdə tutulmuş yerdə taksi hüququ verilməmiş,  park edilməsinə bələdiyyənin müvafiq orqanı tərəfindən icazə verilməyən nəqliyyat vasitəsinin park edilməsi 100 lari məbləğində cərimə ilə nəticələnəcək. Nəqliyyat vasitəsini yolda qoymaq 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Eyni dəyişikliklərlə, nəqliyyat vasitəsinin Tbilisinin inzibati sərhədləri daxilindəki dayanacaqda park etmə haqqını ödəmədən saxlanması 50 lari məbləğində cərimə, elektrik enerjisi ilə işləyən avtomobilin enerjidoldurma qurğusuna qoşulmadan enerji doldurma məntəqəsində saxlanması  100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Dəyişikliklər həm də icazəsiz şəxs tərəfindən Tbilisinin inzibati sərhədləri daxilində əlil şəxsin avtomobili üçün nəzərdə tutulmuş parkinq yerində nəqliyyat vasitəsinin saxlanmasına aiddir - bu hərəkət 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Layihəyə əsasən, Tbilisi sərhədləri daxilindəki park yerlərində bələdiyyənin müəyyən etdiyi nəqliyyat vasitəsindən başqa, digər növ nəqliyyat vasitələrinin saxlanması 100 lari, nəqliyyat vasitəsinin saxlanması üçün digər qaydaların pozulması isə 50 lari məbləğində cərimə ilə nəticələnəcək.

Layihənin yeniliklərindən biri də odur ki, parklanma və ya səkidə və ya piyada cığırında dayanma zamanı nəqliyyat vasitəsi xüsusi mühafizə olunan dayanacağa aparılacaq.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər