Çinin Sıçuan əyalətində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində 74 nəfər ölüb, 26 nəfər itkin düşüb.
InterPress.ge xəbər verir ki, Qanzi-Tibet muxtar dairəsində 40 nəfər ölüb, 170 nəfər xəsarət alıb. Yaan şəhərində isə 34 sakin ölüb, daha 89 nəfər xəsarət alıb.
Leysan yağışları və sürüşmə ehtimalı axtarış işlərini çətinləşdirir.
