06 
Sen
2022
18:43
927

Rusiyada gürcü qanuni oğru yaralı halda tapılıb

Moskvada yaşayan Qanuni oğru Qiorqi Diakvnişvili xəstəxanaya yerləşdirilib.

InterPress.ge xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, 68 yaşlı Diakvnişvili evində başından yaralanmış vəziyyətdə tapılıb.

Versiyalardan birinə görə, "Yeni Moskva"nın Mostovskoe kəndində yaşayan "qanuni oğru" intihara cəhd edib.

Diakvnişvilinin adı bir sıra cinayət işlərində, o cümlədən soyğunçuluq və narkotik maddə saxlama faktlarında hallanır.

Əldə olan məlumata görə, "oğru" bir gözünü itirib. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər