DİN narkotik cinayətlərinə görə 10 nəfəri saxladı, onlardan 4-ü narkotik alverçisidir - VİDEO
Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə görə 10 nəfəri saxlayıb, onlardan 4-ü narkotik alverçisidir.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.
“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin, Tbilisi Polis Departamentinin, Sameqrelo-Zemo Svaneti Polis Departamentinin və İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin əməkdaşları tərəfindən son dövrlər müxtəlif vaxtlarda həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisidə və regionlarda narkotik cinayətlərinə görə 10 nəfər, o cümlədən dörd narkotik alverçisi saxlanılıb.
Narkotik vasitələrin qanunsuz saxlanması ittihamı ilə saxlanılıblar: 1952-ci il təvəllüdlü R.A., 1961-ci il təvəllüdlü İ.A., 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.K., 1988-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş C.G.
1983-cü il təvəllüdlü Z.N., 1987-ci il təvəllüdlü Q.D., 1988-ci il təvəllüdlü L.A. qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməkdə və saxlamaqda ittiham olunur. Xarici ölkə vətəndaşı, 2002-ci il təvəllüdlü A.O. və 1974-cü il təvəllüdlü Q.D. narkotik vasitələrin əldə edilməsi və saxlanması ittihamı ilə saxlanılıb. Ukrayna vətəndaşı, 1981-ci il təvəllüdlü N.T. qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması və Gürcüstan ərazisinə qanunsuz gətirilməsinə görə Davit Ağmaşenebeli Kutaisi Beynəlxalq Hava Limanında saxlanılıb", - deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Hakimin hökmü əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz satışı ittihamı ilə saxlanılan şəxslərin narkotik vasitələri satmasına dair gizli audio-video çəkiliş aparıblar. Polis əməkdaşları tərəfindən saxlanılan şəxslərin qanunsuz olaraq satdıqları narkotik vasitələr, habelə narkotik vasitələrin qanunsuz satışı nəticəsində əldə edilmiş pullar sübut kimi götürülüb.
Narkotik cinayətləri törətməkdə təqsirli bilinərək saxlanılan şəxslərin şəxsi və yaşayış yerlərinə aparılan axtarışlar nəticəsində müxtəlif növ narkotik vasitələr, o cümlədən 1 kiloqramdan artıq “Heroin”, “Suboxin”, “Alpha PVP”, həmçinin 45 paket "metadon", xüsusilə də külli miqdarda "kokain" və "metadon" aşkar edilib.
Narkotik vasitələrin qanunsuz alınması-saxlanması-satılması və Gürcüstana qanunsuz gətirilməsi faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3, 5, 6, 7-ci hissələri və 262-ci maddəsinin 4-cü hissəsi üzrə istintaq davam etdirilir.
Cinayətlərə görə 5 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.


