Gürcüstanda sürücülük vəsiqəsi üçün real şəraitdə praktiki imtahandan keçmək öhdəliyi qüvvəyə mindikdən sonra 3 ay ərzində 3529 sürücülük vəsiqəsi verilib. O cümlədən, may ayında - 2188; iyunda - 556; iyulda - 785.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi ölkə üzrə sürücülük vəsiqələri ilə bağlı statistik məlumatları açıqlayıb.
Xatırladaq ki, bu il aprelin 25-dən sürücülük vəsiqəsi almaq istəyənlər həm qapalı meydanda, həm də real yol şəraitində praktiki imtahan verməlidirlər.
Bu qaydanın tətbiqindən əvvəl mövcud olan məlumatlara gəldikdə, statistika belə görünür:
yanvar - 3 340;
fevral - 5 216;
mart - 5 722;
aprel - 5 357.
