Gömrükçülər külli miqdarda bəyan edilməmiş siqaretlər aşkar ediblər
Avqustun 31-də “Sarp”, “Sadaxlo-Avtomobil” və “Kartsaxi” gömrük-keçid məntəqələrində bəyan edilməmiş siqaretlərin ölkə sərhədinə gətirilməsinə cəhd faktlarının qarşısı alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri şübhə əsasında Gürcüstan, İran, Türkiyə və Ermənistan Respublikası vətəndaşlarının şəxsi və onlara məxsus çantalarından, habelə onların nəzarətində olan avtonəqliyyat vasitələrinə baxış nəticəsində gömrük nəzarətindən kənar bəyan edilməmiş 43 280 ədəd siqaret aşkar ediblər.
Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlardan mallar müsadirə edilib və hər biri sanksiya kimi min-min lari məbləğində cərimə edilib.


