05 
Sen
2022
12:21
1371

Vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları əvvəllər dəfələrlə məhkum olunmuş 1982-ci il təvəllüdlü A.X.-ni hədə-qorxu ilə pul tələb etməkdə ittiham edərək Tbilisidə saxlayıblar. 

InterPress.ge xəbər verir ki, bu barədə də Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs vətəndaş V.Ç.-dən qohumunun külli miqdarda borcunu ödəməyi tələb edib, tələbi yerinə yetirilmədikdə isə onu həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə hədələyib. V.Ç. tələb edilən məbləğin bir hissəsini A.K-ya təhvil verib.

Təqsirləndirilən şəxs borcun tam ödənilmədiyini əsas gətirərək bir neçə dəfə V.Ç. ilə telefonla əlaqə saxlayıb və zor tətbiq etməklə hədələyərək qalan məbləğin ödənilməsini tələb edib.

Hakimin hökmü əsasında polis əməkdaşları tərəfindən iş üzrə davam etdirilən istintaq çərçivəsində məxfi istintaq tədbirləri ilə yanaşı, mürəkkəb istintaq-prosessual tədbirlər həyata keçirilib, nəticədə A.K.-nın V.Ç-yə qarşı törətdiyi qanunsuz hərəkətlər öz təsdiqini tapıb.

Aparılan istintaq tədbirləri nəticəsində zərərçəkmiş tərəfindən qalan məbləğ köçürüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları A.K.-nı şübhəli şəxs qismində saxlayıblar.

Hədə-qorxu ilə pul tələb etmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin 1-ci hissəsi ilə aparılır.

Cinayət 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər