26 
Iyn
2020
08:59
482

Avropada epidemiya yenidən vüsət ala bilər - ÜST sözçüsündən həyəcan təbili

Ötən həftə Avropada koronavirus infeksiyasına yoluxanların sayında artım qeydə alındı. Son iki həftədə 30 ölkədə COVID-19-a yoluxma sayında ciddi artım var.

InterPress.ge xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin direktoru Hans Kluqe bildirib.

"11 ölkədə virusun sürətlə yayılması epidemiyanın yenidən başlanmasına səbəb ola bilər. Əgər qabaqlayıcı tədbirlər görülməsə,Avropa ölkələrinin səhiyyə sistemləri yenidən uçuruma yuvarlanacaq".

H.Kluqe qeyd edib ki, dövlətlərin karantin rejimini yumşaltmaları xəstəliyin yenidən yayılmasına şəxait yaradır: "Bəzi Avropa ölkələrində bu risk artıq reallığa çevrilib. Polşa, Almaniya, İspaniya və İsrail rəsmiləri xəstəliyin yeni mərhələsinə operativ reaksiya veriblər. İlk aylarda avropalılar sosial məsafə və maska taxmaq kimi tədbirlərə əməl etdilər".

Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasının pandemiya olduğunu elan etdi. Dünyada təxminən 9,3 milyon insan koronavirusa yoluxub, 479 mindən çox insan ölüb.

Avropada koronavirus infeksiyasına yoluxanların ümumi sayı 2,6 milyona çatıb, 195 mindən çox adam bu virusdan öldüb.

Bizimlə əlaqə saxlayın