05 
Sen
2022
11:07
1108

Həyat yoldaşını ov tüfəngi ilə başından güllələyən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşlarının isti izdə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Ş.X. ailə üzvünü öldürməyə cəhd ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Siğnaği bələdiyyəsinin Bodbe kəndində baş verən münaqişə zamanı həyat yoldaşı - 1995-ci il təvəllüdlü M.A. -ya ov tüfəngindən atəş açaraq başından yaralayıb.  Yaralı qadın xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.X.-ni hadisədən sonra saxlayıb.

Polis cinayət silahını - ov tüfəngini sübut kimi götürüb.

 Ailə üzvünü qəsdən öldürməyə cəhd faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 19-109-cu maddəsinin “K” bəndi ilə aparılır.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər