05 
Sen
2022
09:50
2872

65 yaşlı qadın evdən qaçıb və evlənib

“Mənim çox sevdiyim 65 yaşlı nənəm var. O, tez-tez evdən çıxır, gəzməyə gedirdi.  Bizim binanın qabağında meydan var, orada oturardı. Pəncərədən bayıra baxanda bir neçə dəfə onun yaşlı bir adamla danışdığını gördük, yaşlarına görə bir-birlərini anladıqlarını düşündük, çox da fikir vermədik.1 həftə əvvəl evdən çıxdı, "gəzməyə gedirəm" dedi, parka getdi. Bir neçə saatdan sonra pəncərədən baxdıq, o, həmişəki yerində oturmamışdı.  Gecəyə qədər gözlədik və axtarmağa az qalmışdı ki, telefon zəng çaldı, nənəm idi, dedi ki, evdəyəm, gəlin. Bütün ailə onu gətirməyə getdik və nə görsək yaxşıdır?  Qapıdan içəri girdik və gözlərimizə inanmadıq.  100 nəfərlik stol açılıb, nənəm bir kişi ilə stolun başında oturub. Mən onun əlindən tutub bayıra çıxartdım,  dedim ki, burada baş verənləri mənə izah elə. O, evlənib və bunu bizə deməyib, ayıracağımızı düşünüb.  Sonda zarafatla əlavə etdi ki, artıq olan olub və geri qayıda bilməz”.  – sosial şəbəkədə Amerikada yaşayan Gürcüstan vətəndaşı yazıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər