Gürcüstanda havanın şəraiti dəyişəcək - Güclü yağış, külək və dolu gözlənilir
Sentyabrın 4-də gecə saatlarından Gürcüstanda havanın şəraiti dəyişəcək.
InterPress.ge xəbər verir ki, bu barədə sinoptiklər açıqlama veriblər.
Güclü külək, güclü yağış və dolu gözlənilir.
Sentyabrın 5-də də güclü yağış yağacağı və dolu düşəcəyi, temperaturun +33 dərəcəyə enəcəyi, küləyin sürətinin 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Sentyabrın 4-5-də Qərbi Gürcüstanda havanın temperaturu aşağı düşərək +18+30 dərəcə isti təşkil edəcək, əksər rayonlarda qısamüddətli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 17-22 m/s-dək güclənəcək.
Sentyabrın 5-də Tbilisidə havanın temperaturu +33 dərəcəyə enəcək, şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, küləyin 20-25 m/s-dək güclənəcəyi gözlənilir.


