04 
Sen
2022
10:13
594

Nəqliyyat vasitəsini idarə edən zaman yaranan səs-küyün normaları aşması cərimə ilə nəticələnəcək

Nəqliyyat vasitəsini idarə edən zaman yaranan səs-küyün müəyyən edilmiş normaları aşması 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “İnzibati Xətalar Məcəlləsi”nə müvafiq dəyişikliklər edilir.

Eyni layihə ilə Cinayət Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş xətaya görə sanksiya artırılır. O cümlədən, daxili işlər nazirinin müəyyən etdiyi qaydanı pozmaqla, yaxud operativ və ya xüsusi xidmət avtomobilləri üçün nəzərdə tutulmuş rəngdən istifadə etməklə nəqliyyat vasitəsinə xüsusi sayrışan siqnalın və ya səs siqnalının, habelə xüsusi ucadan danışan qurğunun quraşdırılması 2000 lari cərimə ilə nəticələnir və bu hərəkətin təkrarlanmasına görə 2500 lari məbləğində cərimə tətbiq edilir.

 

Bizimlə əlaqə saxlayın