Çeçenistanın lideri Ramzan Kadırov deyir ki, o, vəzifədə çox qalmalı olub və "ömürlük, uzunmüddətli məzuniyyətə" layiqdir.
InterPress.ge xəbər verir ki, Çeçenistan Prezidenti bu barədə Teləqramda videomüraciətdə bildirib.
"15 ildir ki, respublikaya rəhbərlik edirəm. Deyəsən mən artıq qocalmışam. Ona görə də düşünürəm ki, mənim vaxtım yetişib. Biz artıq bu barədə düşünməyə başlamışıq və vaxtında getməyə çalışacağam”, - deyə Kadırov bildirib.
Onun sözlərinə görə, o, ömürlük və uzunmüddətli tətilə layiq olduğuna inanır.
"Ümid edirəm ki, siz məni dəstəkləyəcək və məni başa düşəcəksiniz", - deyə Çeçenistan lideri əlavə edib.
