03 
Sen
2022
11:40
503

DiN qanunsuz odlu silah və sursat götürdü

Daxili İşlər Nazirliyinin əməkdaşları Acarıstan və Şida Kartlidə qanunsuz odlu silah və sursat götürüb, 2 nəfəri saxlayıb, 1 nəfəri ifşa ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Acarıstan Polis İdarəsinin Xelvaçauri rayon şöbəsinin əməkdaşları, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.T. -ni qanunsuz olaraq odlu silah və döyüş sursatı hazırlamaq, əldə etmək və saxlamaq ittihamı ilə saxlayıblar.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin Batumidə yaşadığı evdə aparılmış axtarış nəticəsində sübut kimi müxtəlif növ odlu silah və döyüş sursatı götürüblər.  Həmçinin N.T.-nin hazırladığı alətlər götürülüb.

Cinayətlər 9 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Şida Kartli Polis İdarəsinin Dedektivlər Bölməsi tərəfindən saxlanılan 1970-ci il təvəllüdlü G.Ğ. qanunsuz odlu silah və döyüş sursatı almaq və saxlamaqda, həmçinin qanunsuz olaraq marixuana almaq-saxlamaqda və tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz becərməkdə ittiham olunur.

Həmin idarənin Xaşuri rayon şöbəsinin əməkdaşları, 1950-ci il təvəllüdlü V.M.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatının alınması və saxlanması faktı üzrə ifşa ediblər. V.M.-nin yaşadığı ünvana baxış nəticəsində maddi sübut kimi 1 ədəd “Makarov” sistemli tapança və 16 ədəd patron götürülüb.

Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 5-ci hissələri, 273-cü maddəsi və 265-ci maddəsi üzrə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və hazırlama, o cümlədən marixuananın qanunsuz əldə edilməsi və saxlanması və tərkibində narkotik vasitələri olan bitkinin qanunsuz becərilməsi faktları üzrə araşdırma aparılır”, - deyə qurum məlumat yayıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər