Doğum evindən satılan uşaqlar - Daxili İşlər Nazirliyi araşdırmalara başladı
Gürcüstanda uşaq alveri - Daxili İşlər Nazirliyi uzun müddətdir davam edən cinayət sxeminin izinə düşməyə çalışır.
InterPress.ge xəbər verir ki, istintaq azyaşlıların alveri (143-cü) maddəsi ilə başlayıb.
Qurum sistematik cinayətdə kimin əli olduğunu - analara körpələrini itirdikləri barədə yalan danışan tibb bacıları və ya həkimlərin kimlər olduğunu müəyyən etməyə çalışır.
Hazırda polis doğum evindən uşaqların satıldığı və bioloji valideynlərinə onların artıq həyatda olmadığı bildirilən beş faktı araşdırır.
Cinayət sxeminin 1980-2005-ci illəri əhatə etdiyi güman edilir. “Axtarıram” qeyri-hökumət təşkilatının rəhbəri Tamuna Museridze konkret doğum evlərinin adlarını çəkib və uşaqların satılması faktlarını təsdiqləyən konkret sübutların olduğunu bildirib.
Məzmun eynidir - uşaq dünyaya gələndə sağlam olur. Üçüncü gün anaya deyirlər ki, uşaq ölüb. Ölən uşağın xəstəxana qəbiristanlığında dəfn edilməli olduğunu bildirirlər. Uşaqlar heç bir qəbiristanlığa dəfn edilməyiblər. Heç bir qəbiristanlığın heç bir doğum evi ilə müqaviləsi olmayıb.
Ölü uşaqların saxlandığı bir bölmə var idi və əgər valideyn “mərhum” uşağı görmək istəsə, onu əvvəlcədən hazırlayırdılar və uşağı göstərirdilər. Bazardan ət alındığı kimi, uşaqlar satın alınırdı.
Daxili İşlər Nazirliyi 5 ən ağır işi qeyd etdi, bizə dedilər ki, araşdırmaya başlayacaqlar - Museridze deyib.


