02 
Sen
2022
14:44
346

Həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

Hüquq-mühafizə orqanının əməkdaşları Ğvareli bələdiyyəsinin Qavazi kəndində baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama verib.

Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (108-ci) maddəsi ilə istintaq aparılır.

Xatırladaq ki, Ğvareli rayonunun Qavazi kəndində 45 yaşlı kişi soyuq silahla yaralanıb.  Yaralı xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə görə, həmkəndlilər arasında qarşıdurma masa arxasında başlayıb və bundan sonra Davit Kitesaşvili qarnından bıçaqlanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər