Gürcüstanda yanacağın qiymətindəki azalma davam edəcəkmi? - AÇIQLAMA
Neft İdxalçıları Birliyində yanacağın qiymətinin azalması milli valyutanın sabitliyi ilə əlaqələndirilir.
InterPress.ge xəbər verir ki, Birliyin rəhbəri Vano Mtvralaşvili “İşgüzar səhər”in efirində bildirib ki, larinin məzənnəsi indiki səviyyədə qalarsa, yanacağın qiyməti bu ayda da ucuzlaşmağa davam edəcək.
"Düşünürəm ki, yanacağın qiyməti bundan sonra da ucuzlaşacaq, lakin burada bütün çətinlik lari ilə bağlıdır. Larinin dollara nisbətdə məzənnəsi çox gözlənilməzdir, bir punkt dəyərdən düşməsi məhsulun dəyərinin 1 tetri artımı deməkdir. Ona görə də lari sabitliyi qoruyub saxlasa, qiyməti enəcək”, - Mtvralaşvili bildirib.
O, həmçinin brend və markasız stansiyalarda qiymət korrektorlarının müxtəlif şərtlərindən danışaraq, kiçik və orta şəbəkələrin təklif etdiyi qiymətin aşağı olmasının səbəbini aşağı əməliyyat xərcləri və ehtiyatın az olması ilə izah edib.
“Qiymətlərin tənzimlənməsi baxımından vəziyyət müsbətə doğru dəyişib. Orta hesabla qiymətlər 40 tetri aşağı salınıb. Dizelin qiyməti kritik dərəcədə yüksək idi, lakin bu gün qeyri-brend stansiyalarında əvvəllər 5 lari olan indi 4 laridən aşağıdır. Avqust ayı ərzində azalma prosesi gedirdi, azalma daha çox brend olmayanlarda olub, buna səbəb onların topdansatış bazarından birbaşa asılı olmasıdır. Onların qalıqları, ehtiyatları yoxdur, ona görə də qiymət dəyişiklikləri qısa müddətdə baş verir. Larinin devalvasiyası ilə əlaqədar bir sıra stansiyalar qiyməti 5-10 tetri artırıb", - deyə o söyləyib.


