01 
Sen
2022
09:50
290

Tbilisidə yaşayış binasında partlayış baş verib

Didi Diğumidə Bendukidze qəsəbəsində partlayış baş verib.  

InterPress.ge xəbər verir ki, partlayışa təbii qaz sızması səbəb olub.

Mövcud məlumata görə, üç nəfər, bir ər-arvad və iki yaşlarında uşaq xəsarət alıb.  İlkin məlumata görə, xəsarət alanlar Nigeriya vətəndaşlarıdır.  Onların hər üçü klinikaya köçürülüb.

Hadisə yerinə polis və təcili yardım qrupları səfərbər olunub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər