31 
Avq
2022
11:33
3354

Dövlət hər ay bu şəxslərə 100 lari məbləğində məişət subsidiyası verir

Məişət subsidiyası Sosial Xidmət Agentliyinin proqramlarından biridir və hər ay pul şəkilində verilir.

InterPress.ge xəbər verir ki, maliyyə yardımı proqramının tam olaraq nəyi ehtiva etdiyini və kimlər üçün nəzərdə tutulduğunu bu məqalədən öyrənəcəksiniz.

Məişət subsidiyası nədir?

Məişət subsidiyası müxtəlif sosial kateqoriyalara mənsub insanların məişət-kommunal ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub.

Məişət subsidiyası kimə verilir?

Məişət subsidiyası Sosial Xidmət Agentliyində dövlət pensiyası alan şəxs kimi qeydiyyatda olan fiziki şəxslərə təyin edilir.

Aşağıdakı kateqoriyalara aid olan şəxslər məişət subsidiyası almaq hüququna malikdirlər:

• İkinci Dünya müharibəsi, digər dövlətlərin ərazisində döyüş əməliyyatları və Gürcüstanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda döyüş əməliyyatları nəticəsində əlil qalan şəxslərə - 100 lari məbləğində...

• İkinci Dünya Müharibəsi iştirakçıları - 100 lari məbləğində,

• Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların 18 yaşınadək övladları, yaşından asılı olmayaraq uşaqlıqdan sağlamlıq imkanları məhdud olan uşaqlar, habelə yeni nikahda olmamış həyat yoldaşları və əmək qabiliyyəti olmayan valideynlər (hər ailəyə ) - 100 lari məbləğində,

• İkinci Dünya Müharibəsi iştirakçılarına bərabər tutulan şəxslərə - 100 lari məbləğində;

• Digər dövlətlərin ərazisində və Gürcüstanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda döyüş əməliyyatlarının iştirakçılarına - 100 lari məbləğində;

• Hərbi qüvvələrin veteranları qocalığa görə pensiya yaşına çatdıqda - 100 lari məbləğində;

Məişət subsidiyası təyin etmək üçün kimə müraciət edilməlidir və hansı sənədlər tələb olunur?

Məişət subsidiyası təyin etmək üçün şəxs Sosial Xidmət Agentliyinin istənilən ərazi bölməsinə müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidir:

• Gürcüstan vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd,

• Müvafiq statusun sübutu

Məişət subsidiyasının təyin edilməsi şəxs tərəfindən ərizə və zəruri sənədin agentliyə təqdim edilməsindən sonrakı ayın birinci günündən həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər