30 
Avq
2022
11:32
767

Dimitri Ramişvili: “Gürcüstanda duru yağın qiyməti ucuzlaşır”

Gürcüstanda duru yağ ucuzlaşır.

lnterPress.ge xəbər verir ki, "Mziuri"nin müşahidə şurasının üzvünün sözlərinə görə, onların şirkətində isə hələlik azalma 5-6% olacaq.

Lakin Dimitri Ramişvilinin fikrincə, bu tendensiya yəqin ki, gələcəkdə də davam edəcək, çünki sentyabr ayından Rusiyanın neftin ixrac vergisini azaltması ilə yanaşı, oktyabr ayından digər bürokratik prosedurlar da ləğv edilib. Bundan başqa, onun verdiyi məlumata görə, ixrac vergisinin bütövlükdə ləğvindən də danışılır.

Məlumat üçün bildirək ki, 2022-ci ilin sentyabrından Rusiya günəbaxan yağının ixrac vergisini demək olar ki, iki dəfə azaldacaq - 15 987 rubldan 8 621 rubla.

“Rusiyada ixrac vergisinin azaldılması bizim qiymətlərə də təsir edəcək. Mənim şirkətimdə orta hesabla 5-6% azalacaq. Lakin bu tendensiya davam edəcək.

Bunu deməyə səbəb odur ki, birincisi, yeni məhsul olacaq, üstəlik, oktyabr ayından müəyyən bürokratik prosedurlar (lisenziya və s.) artıq olmayacaq. Eyni zamanda, ixrac vergisinin tamamilə ləğv oluna biləcəyi də danışılır", - deyə Ramişvili bildirib.

Bizimlə əlaqə saxlayın