30 
Avq
2022
10:14
248

Borjomidən şad xəbər - günün sonuna qədər yanğın tamamilə söndürülə bilər

Artıq 11-ci gündür ki, Borjomi bələdiyyəsində yanğınsöndürənlər yanğınla mübarizə aparır. 

InterPress.ge xəbər verir ki, Daxili İşlər, Müdafiə, Regional İnkişaf və İnfrastruktur nazirliklərinin, eləcə də Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları yanğınsöndürənlərlə birgə işləri davam etdirirlər.

Dünən günorta saatlarında ən qaynar nöqtə olan Kvabisxevi kəndini əhatə edən ərazidə bu gün çox az tüstü var.  Hazırda yalnız kiçik ocaqlar müşahidə olunur ki, onların ləğvi işləri hazırda davam edir.  İndi hər şey hava şəraitindən asılıdır və ola bilsin ki, Borjomi vadisində baş verən yanğın günün sonuna qədər tamamilə söndürüləcək.

Avqustun 21-də, səhər saatlarında Borjomi bələdiyyəsinin Kvabisxevi kəndi yaxınlığındakı meşədə bir neçə yanğın ocağı yaranıb.  Güclü külək və çətin, qayalıq ərazi işi çətinləşdirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər