
Ipoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR
"Hökümət iclasında yeni mexanizm təsdiqləndi, yeni tikilən binadan ev almaq istəyən, ancaq pandemiyaya görə, ipoteka kredit şərtləri çətinləşən insanların kredit faizlərini dövlət subsidiyalaşdıracaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava deyib.
“Bu mexanizm anti-krizis planının bir hissəsidir. Bu ipoteka kreditinin dəstəyi üçün proqramdır, bunu bizim “Gürcüstanda istehsal et” agentliyimiz həyata keçirir. Ev almaq istəyən, ancaq pandemiyaya görə, ipoteka kredit şərtlərinin pisləşməsinə görə kredit ala bilməyən şəxslərin kredin faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq” – dedi Natia Turnava.
Xatırladaq ki, ilin sonuna qədər qoyulan müqavilələrə əsasən, dövlət beş il ərzində ipoteka kreditlərinin dörd faizini subsidiyalaşdıracaq.