29 
Avq
2022
20:43
300

Gürcüstanda "Layiqli tərəfdaş 2022" çoxmillətli təliminin rəsmi açılışı olub

Vazianidəki 4-cü Piyada Briqadasının poliqonunda "Layiqli tərəfdaş 2022" çoxmillətli təliminin rəsmi açılışı olub.

InterPress.ge xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili təlimdə iştirak edən Gürcüstan, ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin hərbi qulluqçularını beynəlxalq təlimə başlaması münasibətilə təbrik edib. 

O, çıxışında tərəfdaşlarla əməkdaşlığın və regionda sabit mühitin təmin edilməsinin vacibliyini vurğuladı.

"Beynəlxalq təlimin açılış mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, təlimdə iştirak edən ölkələrin müdafiə attaşeləri, o cümlədən NATO-nun əsas qrupunun, NATO-nun əlaqə ofisinin və monitorinqin nümayəndələri iştirak ediblər. 

Gürcüstan altıncı dəfə "Layiqli tərəfdaş 2022" çoxmillətli hərbi təlimə ev sahibliyi edir. Beynəlxalq təlimlərə Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığı (USAREUR) rəhbərlik edir və Təlim və Hərbi Təhsil Komandanlığının Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) tərəfindən dəstəklənir. "Layiqli Tərəfdaş 2022"nin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır.
Bu il təlim tarixində ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir. Builki çoxmillətli təlimlərin iştirakçıları: Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşa-Ukrayna Çoxmillətli Briqadası və İsveç Silahlı Qüvvələri", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər