29 
Avq
2022
19:32
473

Tğibulidə qətl hadisəsi baş verib

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tğibulidə baş verən qətllə bağlı 18 yaşlı gənci yaxalayıblar.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Nazirliyin məlumatına görə, qətl törətməkdə təqsirli bilinərək yaxalanan şəxs əvvəllər münaqişə zəminində həmkəndlisinin bədəninə bıçaqla ölümcül yaralar vurub.

"Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində isti izlərlə 2004-cü il təvəllüdlü L.M-nı yaxalayiblar. O, qəsdən adam öldürməkdə ittiham olunur.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs keçmişdə yaranmış münaqişə zəminində  qonşusu - 1985-ci il təvəllüdlü M.M.-yə Tğibuli bələdiyyəsinin Qelati kəndində çoxsaylı xəsarətlər yetirmiş və hadisə yerindən gizlənmişdir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra o, şübhəli şəxs qismində tutulub. Polis cinayətdə istifadə olunan soyuq silahı - bıçağı sübut kimi götürüb.

Qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər