Bu müəssisələr dövlətdən 10 tetri subsidiya alacaq
Fermerdən qeyri-standart alma alan və 1 kiloqramı üçün ən azı 24 tetri ödəyən müəssisə dövlətdən subsidiya olaraq 10 tetri alacaq.
InterPress.ge xəbər verir ki, bu barədə
Ekologiya və Kənd Təsərrüfatı Naziri Otar Şamuqia qeyd edib.
O, hökumətin iclası başa çatdıqdan sonra keçirilən brifinqdə bildirib ki, sözügedən prosesin əlaqələndirilməsi məqsədilə sabahdan qərargah fəaliyyətə başlayacaq.
"Bu il məhsuldarlıqdan asılı olaraq təxminən 40-50 min ton qeyri-standart alma emal etməli olacağıq. Fermerdən qeyri-standart alma alan və 1 kq-a ən azı 24 tetri ödəyən hər bir müəssisə dövlətdən subsidiya olaraq 10 tetri dəstək alacaq. Bu, hər bir fermerin qeyri-standart almaları tam təhvil verməsi və daha sonra emal etməsi üçün vacibdir. Prosesə 20-yə yaxın müəssisə cəlb olunacaq və onlar qeyd olunan məhsullardan xammal kimi istifadə edəcəklər", - deyə Otar Şamuqia bildirib.


