Gürcüstan Vahid Avro Ödəmə Sahəsinə qoşulmağa hazırlaşır
"Biz SEPA adlı təşkilat ilə Vahid Avro Ödəmə Sahəsinə qoşulmağa hazırlaşırıq".
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Hökumət başçısının sözlərinə görə, sözügedən təşkilata daxil olduqdan sonra Aİ köçürmələri üçün müxbir bank və ya vasitəçidən istifadə etmək lazım olmayacaq.
"Biz SEPA (Aİ və Avrozona Ölkələrində Vergi Xidmətləri və Provayderlərinin Uyğunlaşdırılması Çərçivəsi) adlı təşkilat ilə Vahid Avro Ödəniş Sahəsinə qoşulmağa hazırlaşırıq. 27 Aİ ölkəsi, həmçinin Böyük Britaniya, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn bu təşkilatın üzvüdür. Biz bu məqsədlə fəal işləyirik, Milli Bank, eləcə də İqtisadiyyat Nazirliyi və müxtəlif dövlət qurumları bu prosesə cəlb olunub. Hökumətin bugünkü iclasında təqdim olunan üç qanun layihəsinin təsdiq üçün Gürcüstan parlamentinə göndəriləcək, parlament qanunvericilikdə müvafiq dəyişikliyi təsdiqləməli və əks etdirməlidir.
Artıq Aİ köçürmələri üçün müxbir bankdan və ya vasitəçidən istifadə etmək lazım olmayacaq və bu, vətəndaşlarımız üçün çox müsbət məsələdir”, – Ğaribaşvili bildirib.


