Saakaşvilinin anası: “Əminəm ki, xarici ekspertlər tərəfindən obyektiv nəticə təqdim olunacaq”
“Əminəm ki, xarici ekspertlər tərəfindən obyektiv nəticə təqdim olunacaq, onun əsasında hakimlərimiz qərar verəcəklər”.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasania bildirib.
Alasanianın qeyd etdiyinə görə, xarici ekspertlər bu qənaətdədirlər ki, Saakaşvilinin “digər işlər təxirə salınmalı və insana sağlamlığının qeydinə qalması üçün fasilə verilməlidir”.
“Gözləntilərim odur ki, bu nəticə gürcü həkimlərdən əldə etdiyimiz nəticə ilə üst-üstə düşəcək. Onun xəstəlikləri o qədər mürəkkəbdir ki, onu burada müalicə etmək çətindir. Ona görə də onların rəyi belədir ki, digər işlər təxirə salınmalı və insana sağlamlığının qeydinə qalması üçün fasilə verilməlidir”, - deyə Qiuli Alasania bildirib.


