Yığılan pensiyalar internet bankda niyə görünmür?
Pensiya Agentliyi vaxtaşırı olaraq İT infrastrukturunun yenilənməsini həyata keçirir və hazırkı mərhələdə bu cür yenilənmə gedir.
InterPress.ge xəbər verir ki, agentlik yığılan pensiyanın internet bankda görünməməsinə aydınlıq gətirib.
Onların verdiyi məlumata görə, pensiya yığımları ilə bağlı məlumatlar yaxın vaxtlarda yığılan pensiya sistemi iştirakçılarının şəxsi səhifələrində və internet banklarda yerləşdiriləcək.
“Bildiyiniz kimi, bir neçə milyon insan haqqında məlumat bazamızda saxlanılır və bu məlumatların emalı üçün infrastrukturun müvafiq mühafizə və performans tələblərinə cavab verməsi vacibdir. Bu məqsədlə biz hazırda infrastrukturun yenilənməsini həyata keçiririk, bu normal prosedurdur, lakin çox vaxt aparır. Bu proses xüsusi olaraq həftəsonu təyin edilib ki, iş vaxtı problemlər olmasın”, - Nikoloz Qaqnidze bildirib.


