Amerikalı tibb eksperti Mixeil Saakaşvilini ziyarət etmək üçün “Vivamed” klinikasına gedib
Amerikalı tibb eksperti Erik Qoldsmit üçüncü prezident Mixeil Saakaşvilini ziyarət etmək üçün “Vivamed” klinikasına gedib.
InterPress.ge xəbər verir ki, o, media nümayəndələrinə açıqlama verməyib.
Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, yaxın bir neçə saat ərzində Gürcüstana isveçrəli ekspert də gələcək və növbəti günlərdə daha iki amerikalı tibb ekspertinin ölkəyə gələcəyi gözlənilir.
Xarici tibb ekspertləri Mixeil Saakaşvilini Vivamed klinikasında ziyarət edəcək və ən azı 3 gün Gürcüstanda qalacaqlar. Onlar “Empatiya” mərkəzinin nümayəndələri və Saakaşvilinin ailə üzvləri ilə görüş planlaşdırıblar.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, qurum iki tibb ekspertinin sabiq prezident Mixeil Saakaşviliyə baş çəkməsinə icazə verib.


