28 
Avq
2022
11:17
542

Baş nazir təbii qaz təchizatı üçün qazlaşdırmanın layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi ilə bağlı fərman imzaladı

Gürcüstan hökumətinin qərarına əsasən, təbii qaz təchizatı üçün qazlaşdırmanın layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq ümumi dəyər artır. 

lnterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili artıq bununla bağlı fərman imzalayıb.

Dəyişikliyə əsasən, 3 illik qazlaşdırma planı təsdiq edilib ki, bu plan çərçivəsində “Gürcüstan Qaz Nəqliyyatı Şirkəti” 2022-2024-cü illər ərzində ölkə üzrə ümumi dəyəri 135 milyon 272 min 350 lari olan 244 yaşayış məntəqəsində 39 min 698 abonentin təbii qazla təminatı məqsədi ilə qazlaşdırmanın layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsini təmin etməlidir.

Fərmana əsasən, Gürcüstanın Maliyyə Nazirliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi müvafiq resursların tapılmasını və 2022-2024-cü illər üçün müvafiq ayırmaların nəzərdən keçirilməsini təmin edəcək. Həmçinin, qazlaşdırmanın layihələndirilməsi və tikintisi 2023-cü il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, dəyişiklik, Gürcüstan hökumətinin 29 oktyabr 2020-ci il tarixli 2120 nömrəli “Gürcüstan əhalisinin təbii qazla təminatının təşviqi üçün 2022-2024-cü illərdə həyata keçiriləcək tədbirlər haqqında” qərarına edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər