Gecə boyu Borjomi bələdiyyəsində yanğının lokallaşdırılması və ləğvi işləri fəal şəkildə davam edib
Daxili İşlər Nazirliyinin bölmələri tərəfindən gecə boyu Borjomi bələdiyyəsində yanğının lokallaşdırılması və ləğvi işləri fəal şəkildə davam edib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Hazırda yanğının əsas hissəsi söndürülüb və aktiv yanğın yerlərində iş aparılır.
“Yanğının söndürülməsi prosesində Daxili İşlər, Müdafiə, Regional İnkişaf və İnfrastruktur nazirliklərinin, eləcə də Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları iştirak etməkdə davam edir.
Həmçinin səhər saatlarından Türkiyə Respublikasının sərhəd polis helikopterləri və ixtisaslaşdırılmış yanğınsöndürmə təyyarələri öz işini bərpa edib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.


