25 
Avq
2022
10:49
353

İstintaq xidməti xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktına görə bir nəfəri məsuliyyətə cəlb etdi

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir nəfəri xüsusilə külli miqdarda vergidən yayınma faktına görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs faktiki idarə etdiyi şirkət vasitəsilə qanunsuz maddi səmərə əldə etmək məqsədilə vergi qanunvericiliyini pozaraq, gəlirlərini sistematik olaraq səhv bəyan edib, bu yolla dövlət büdcəsinə 1.051.446 lari ödəməkdən yayınıb. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 218-ci maddəsinin 2-ci hissəsinə əsasən aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər