24 
Avq
2022
23:04
646

Tbilisidə "Spar" mağazası qarət olundu

İsanidə "Spar" mağazasının filialı qarət olunub.

InterPress.ge xəbər verir ki, məlumata görə, 8 nəfər mağazaya daxil olaraq içərisində 8000 lari olan seyfi oğurlayıb.

Məlumatına görə, 8 nəfərin hamısı azyaşlıdır.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidəki kameraların qeydlərini toplayıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər