Daxili İşlər Nazirliyi Borjomidə yanğınsöndürmə işlərini əks etdirən video yayımlayıb
Borjomi bələdiyyəsində yanğınsöndürmə işləri davam edir.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Məlumata görə, yanğının söndürülməsi prosesinə yanğınsöndürənlər ilə birlikdə Daxili İşlər, Müdafiə, Regional İnkişaf və İnfrastruktur nazirliklərinin, o cümlədən Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları iştirak edirlər.
Sərhəd polisinin helikopterləri səhər saatlarında işini bərpa edib.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, beynəlxalq yardım çərçivəsində Türkiyə Respublikasının səkkiz tonluq çəni olan yanğınsöndürmə təyyarəsi Borjomi bələdiyyəsi ərazisində yanğının söndürülməsi prosesinə cəlb olunub. Bu gün yanğının söndürülməsinə daha iki ixtisaslaşmış yanğınsöndürmə təyyarəsi cəlb olunacaq.


