24 
Avq
2022
11:01
347

Borjomidə baş verən yanğın Axalçixe istiqamətində yayıldı - VİDEO

Borjomidə baş verən yanğın bələdiyyənin Kvabişxevi kəndindən Axalçixe istiqamətində yayılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalının jurnalisti hadisə yerindən məlumat verib.

Məlumata görə, yanğın artıq Aksuri həbsxanasını keçərək qəsəbəyə yaxınlaşıb.

Güclü tüstüyə baxmayaraq, helikopterlər fəaliyyətini davam etdirir.

Bir neçə gündür ki, Borjomi bələdiyyəsində yanğınla mübarizə aparılır. Yanğının söndürülməsinə sərhəd polisinin helikopterləri cəlb olunub. Bu gündən Türkiyənin ixtisaslaşmış yanğınsöndürmə təyyarələri də prosesə cəlb olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər