24 
Avq
2022
10:02
443

24 avqust Gürcüstanın Konstitusiya günüdür

24 avqust Gürcüstanın Konstitusiya günüdür.  

InterPress.ge xəbər verir ki, 1995-ci il avqustun 24-də saat 17:50-də parlament 8 əleyhinə 159 səslə Gürcüstan Konstitusiyasını qəbul edib.

“Biz sarsılmaz iradəsi demokratik ictimai institutlar, iqtisadi azadlıq, sosial və hüquqi dövlət yaratmaq, hamı tərəfindən tanınmış insan hüquq və azadlıqlarını təmin etmək, dövlət müstəqilliyini və digər xalqlarla sülh münasibətlərini möhkəmləndirmək olan Gürcüstan vətəndaşları, gürcü xalqının çoxəsrlik dövlətçilik ənənələri və Gürcüstanın 1921-ci il Konstitusiyasının tarixi-hüquqi irsinə əsaslanaraq, bu konstitusiyanı Allah və ölkə qarşısında bəyan edirik”.

Məlumdur ki, Dövlət Konstitusiya Komissiyası əvvəlcə 1921-ci il Konstitusiyasının yeni redaksiyasının üzərində işləsə də, sonda yeni Konstitusiyanın qəbul edilməsi qərara alınıb.

1995-ci il sentyabrın 17-də Gürcüstan Respublikası Ali Şurasının Gürcüstanın müstəqilliyinin bərpası aktını elan etdiyi hökumət sarayında Dövlət Konstitusiya Komissiyasının və Gürcüstan parlamentinin üzvləri Konstitusiyanın rəsmi mətnini imzalayıblar.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər