25 
Iyn
2020
11:27
2812

Gürcüstanda SOCAR beş yaşlı uşağın 14 min lari borcunu ödədi

Tbilisi İaşvili xəstəxanasında ankologi xəstəliyindən əziyyət çəkən 5 yaşlı İsaq Babayevin birinci kurs müalicəsindən toplanmış 14000 lari borcu Azərbaycan Dövlət Neft şirkəti (SOCAR) tərəfindən ödənilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstan Azərbaycanlılarının Əlillər Assosasiyasının sədri Rövşən Əliyev verib.

R. Əliyevin verdiyi məlumata görə, körpənin valideyinləri borcun ödənilməsi üçün imkanları olmayıb.

"Valideyinlər borcun ödənilməsində əziyyət çəkirdilər ümid yeri axtarırdılar çox təəssüflər olsun əllərindən heç bir şey gəlmirdi, yenədə ümidlərini Allahdan kəsməmişdilər, Gürcüstan Azərbaycanlılarının Əlillər Asossiyasına məlumat çatan kimi Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanda fəaliyyət göstərən SOCAR Georgia şirkətinin rəhbərindən xahiş edildi 5 yaşlı körpəyə yardım göstərilsin deyə, şirkət dərhal bütün borcların ödənməsinə dəstək göstərtdi", - deyə R. Əliyev facebook səhifəsində yazıb.

Bizimlə əlaqə saxlayın