Salome Zurabişvili "Krım platforması"nın ikinci sammitində: "Krım Ukraynadır"
Mən sizin ərazi bütövlüyünüzə, suverenliyinizə, işğaldan azad etmə strategiyanıza dəstəyimizi təsdiq etmək istəyirəm.
InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili "Krım platforması"nın ikinci sammitində "Krım Ukraynadır" deyib.
"Bu sammitdə Gürcüstanı və gürcü xalqını təmsil etmək mənim üçün böyük şərəfdir. Bizi birləşdirən və əminəm ki, ümumi gələcəyimizi müəyyən edəcək dəyərləri müdafiə etmək üçün birlikdə olmaq vacibdir.
Mən sizin ərazi bütövlüyünüzə, suverenliyinizə, işğaldan azad etmə strategiyanıza dəstəyimizi təsdiq etmək istəyirəm. Krım Ukraynadır.
Sabah Ukrayna Müstəqillik Gününü qeyd edir və həmçinin Rusiyanın təcavüzü ilə qarşıdurmanın 6- cı ayıdır. Hamımız bilirik ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü fevralda başlamadı və ilkin çağırış Krım oldu. Biz yadda saxlamalıyıq ki, sülh və təhlükəsizliyə cavabsız çağırışlar, istənilən ölkənin ərazi bütövlüyünə qarşı cavabsız təcavüz daha çox qeyri-sabitliyə səbəb olur", - prezident deyib.


