Dünən TbilisidəTamaraşvili küçəsində bir ağacın uçması nəticəsində üç nəfər xəsarət alıb.
Bu barədə InterPress.ge İPN-ə istinadən xəbər verir.
Təcili yardım xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, yaralılar Xeçinaşvili Klinikasına aparılıblar.
Eyni zamanda ağacın düşməsi nəticəsində iki avtomobilə ziyan dəyib.
