25 
Iyn
2020
10:14
656

Bu gündən etibarən dezinformasiyaya qarşı mübarizə başlayacaq

Tbilisi meriyası bu gündən etibarən dezinformasiya yayımına və saxta xəbərlərə qarşı yeni layihəyə başlayır.

InterPress.ge xəbər verir ki, bu haqda Tbilisi meri Kaxa Kaladze sosiyal şəbəkədə bildirib.

Onun dediyinə görə, dezinformasiya yayımı böyük problemdir və bu problemlə bütün demokratik ölkələr savaşır.

“Son zamanlarda dünyada saxta xəbərlərlə mübarizə aktual və miqyaslı həddə çatıb. Bu problemlə bütün demokratik ölkələr savaşır. Saxta xəbərlər və dezinformasiyalar demokratiyanın aşağı səviyyədə olduğu ölkələrin silahıdır. 3 il ərzində Tbilisi meriyası bir çox infrastruktur, sosiyal mədəni layihə həyata keçirib. Biz həmişə qeyd etmişik ki, meriyanın ictimai fəaliyyəti, iş prosesini izləmək, iştirak etmək və müdaxilə etmək paytaxt sakinlərinin dezinformasiyalara inanmağa yetərlidir” – dedi Kaladze.

Bizimlə əlaqə saxlayın