21 
Avq
2022
20:37
676

Borjomidə yanğının söndürülməsi işlərinə 3 helikopter və 250-yə yaxın yanğınsöndürən səfərbər olunub

Çətin iqlim şəraiti Borjomi bələdiyyəsində yanğınların söndürülməsini çətinləşdirir.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətindən məlumat verilib.

Yanğın-xilasetmə qüvvələrinin bölmə rəisi Davit Suxişvilinin verdiyi məlumata görə, Barjomidə 2 gündür davam edən meşə yanğınlarının söndürlməsi üçün, 3 helikopter və 250-yə yaxın yanğınsöndürən cəlb olunub və onlar külək səngidikdən sonra yanğınsöndürmə işlərinə davam edəcəklər.

“Çətin iqlim şəraiti Borjomi bələdiyyəsində yanğınsöndürmə işlərini çətinləşdirir. Əraziyə üç sərhəd polis vertolyotu səfərbər olunub və onlar külək səngiyən kimi yanğınsöndürmə işlərinə davam edəcəklər. Yanğınsöndürənlərin sayı da 250-yə yüksəlib. Ərazidə müvafiq avadanlıqlarımız var və biz yanğını söndürməyə çalışırıq”, - deyə Davit Suxişvili qeyd edib.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər