25 
Iyn
2020
09:48
709

"Feysbuk" istifadəçi postlarına məhdudiyyət qoya bilər

Feysbuk rəhbərliyi hakimiyyət və seçki kampaniyaları ilə bağlı paylaşılan postlar haqqında bir sıra qaydaların dəyişdirilməsini nəzərdən keçirəcək.

İnterPress bildirir ki, bu barədə Feysbuk korporasiyasının rəhbəri Mark Zukerberqin yaydığı bəyanatda deyilir.

Məlum olduğu kimi, şirkət işçiləri ABŞ Prezidenti Donald Trampın təhqiredici və ya bilərəkdən yalan məlumatlar ehtiva edən postlarını yayımladığı zaman sosial şəbəkənin tədbir görməməsi ilə razılaşmayıblar. Xüsusilə Trampın polis tərəfindən öldürülən afroamerikalıdan sonra Minneapolisdəki etirazlara dair statusu narazılığa səbəb olub. ABŞ prezidenti federal səlahiyyətlilərin vəziyyətə nəzarət etmək niyyətində olduğunu və "soyğunlar başlayanda silahlı atışmanın da başlandığını" bildirən post paylaşıb.

Feysbukun rəhbəri bu hadisələrdən dolayı işçilərinin məyus olduğunu etiraf edib. O, bildirib ki, sosial şəbəkədə mütəxəssislər və hüquq müdafiəçilərilə məsləhətləşəcək və postlarla bağlı bəzi qaydaları dəyişdirməyi nəzərdən keçirəcək. Açıqlamada Zukerberq ABŞ-dakı etirazlar fonunda Feysbukun Afrika, Amerika əhalisinin hüquqlarını müdafiə etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə irqi ədalətsizlik hələ də aradan qaldırılmayıb. Zukerberq sosial şəbəkənin bu çətin məsələdə kömək edəcəyinə inandığını da bildirib.

Bizimlə əlaqə saxlayın