20 
Avq
2022
14:09
5053

Təhsil naziri gürcü dilli və qeyri gürcü dilli dövlət məktəbləri ilə bağlı yeni qərar qəbul etdi

Təhsil və elm naziri Mixeil Çxenkeli həm gürcü dilli dövlət məktəbləri, həm də qeyri gürcü dilli dövlət məktəbləri üçün dərs cədvəllərini təsdiqləyib.

InterPress.ge xəbər verir ki, Nazirin əmri 19 avqust 2022-ci il tarixli Qanunvericilik Qəzetində dərc olunub.

İbtidai, orta və təməl səviyyələr üçün cədvəllər təsdiq edilmişdir. Sərəncama əsasən, tam orta təhsil səviyyəsi üzrə X siniflər üçün 2022-2023-cü tədris ilindən, XI siniflər üçün 2023-2024-cü tədris ilindən, XII siniflər üçün isə 2024-2025-ci tədris ilindən tətbiq ediləcək. 

Sənədlərdə gürcüdilli və qeyri-gürcü dilli dövlət məktəbləri/sektorları üçün siniflərə uyğun olaraq neçə saatın hansı fənnə ayrılacağı və neçə məcburi minimum summativ tapşırığın olacağı ətraflı yazılıb.

Təhsil naziri həmçinin fənn qrupuna daxil olan icbari fənlərin yenidən baxılmış siyahısını və siniflərin bölünməsi meyarlarını təsdiq edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər