Daxili İşlər Nazirliyi Marneulidə baş verən cinayətlə bağlı açıqlama yaydı
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü R.B.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Araşdırmalardan sonra müəyyən edilib ki, təqsirləndirilən şəxs 1991-ci il təvəllüdlü İ.A.-ya keçmiş münaqişə zəminində yaranmış mübahisə zəminində Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib.
Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində polis R.B-ni şübhəli şəxs qismində saxlayıb.
Hüquq-mühafizə orqanları cinayət silahını - bıçağı sübut kimi götürüblər.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


