25 
Iyn
2020
09:35
428

Google-un bir sıra xidmətlərində istifadəçi məlumatları avtomatik silinəcək

Google şirkəti bir sıra xidmətlərində istifadəçi məlumatlarının saxlanması qaydalarını dəyişdirəcək, məhdudiyyət müddətinin bitməsindən sonra məlumatlar avtomatik olaraq silinəcək”.

İnterPress TASS-a istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Sundar Piçai açıqlamasında bildirib.

O qeyd edib ki, Google istifadəçilərin şəxsi məlumatlarının qorunması üçün əlavə tədbirlər görmək niyyətindədir: “Şirkətin bir sıra xidmətlərindəki yeni hesablarda bütün məlumatlar toplanandan 18 ay sonra avtomatik olaraq silinəcək”.

Piçainin sözlərinə görə, Google-a məxsus YouTube portalının hesablarından məlumat alındıqdan 36 ay sonra silinəcək. Bu müddət 18 və ya 3 aya endirilə bilər.

Qeyd edək ki, Google əvvəllər də özləri də bilmədən çox məlumat topladıqlarına görə istifadəçilərini dəfələrlə tənqid etmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər