25 
Iyn
2020
09:35
503

Kobaxidze: "Milli Hərəkat" və "Avropa Gürcüstanı" konstitusiya dəyişikliklərini batıra bilməyəcəkər"

“Milli Hərəkat” və “Avropa Gürcüstanı” konstitusiya dəyişikliklərini parlament səs verməsində batıra bilməyəcəkər".

InterPress.ge xəbər verir ki, bu barədə Parlament əksəriyyətinin üzvü olan İrakli Kobaxidze deyib.

Kobaxidzenin dediyinə görə, “Avropa Gürcüstanın” marağındadır ki, konstitusiya dəyişiklikləri batsın, çünki o konstitusiya dəyişiklikləri layihəsinin həyata keçirlməsini istəməyən siyasi qüvvədir.

“Onlar bilirlər ki, seçkilərdə heç bir sistemlə qalib olma şansları yoxdur, ona görə də, prosesin radikalizasiyası üçün çalışırlar. Buna nail ola bilməyəcəklər. İyunun 29-da səs vermə keçiriləcək və konstitusiya dəyişikliklərinin 116 səslə keçməsi üçün resurlar var.

“Milli Hərəkat” və “Avropa Gürcüstanı” səfirlərin yanında imzaladıqları razılaşmadan imtina edirlər. Bu onların siyasi məsuliyyətidir. Səfirlərə qarşı çıxdıqları üçün məsuliyyət daşıyacaqlar. Buna mütləq gərəkən reaksiya veriləcək” – dedi İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın