18 
Avq
2022
21:05
465

DTX Tbilisidə və Saqareco bələdiyyəsində 3 nəfər saxladı

2022-ci il avqustun 16-da Korrupsiyaya Qarşı Mübarizə Agentliyi və Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Departamenti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində radioaktiv maddələrin qanunsuz əldə edilməsi və saxlanılması eləcə də 1,2 milyon ABŞ dolları dəyərində satmağa cəhdi faktına görə 3 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, istintaq müəyyən edib ki, Tbilisi şəhərində və Saqareco bələdiyyəsində mütəşəkkil bir qrup şəxs öz yaşayış ünvanlarında qanunsuz olaraq insan sağlamlığı üçün təhlükəli qamma şüası olan radioaktiv maddələr saxlayırmış.

Cinayətkar dəstənin üzvləri hazırlanmış plana uyğun olaraq, alıcının axtarışını fəal surətdə həyata keçirmiş, radioaktiv maddələrin saxlandığı yeri sistemli şəkildə dəyişdirərək sui-qəsdi davam etdirmiş və sonda qeyd olunan maddələri bir milyon 200 min ABŞ dollarına satmağa cəhd etmişlər. 

2022-ci il avqustun 18-də cinayətkar qrupun üzvlərinə Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsinin 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan birinci hissəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər